Ərdoğan Avropa liderlərilə telekonfrans keçirdi

Ərdoğan Avropa liderlərilə telekonfrans keçirdi

Liderlər Suriya məsələsini müzakirə etdilər

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və İngiltərənin baş naziri Boris Conson arasındakı Suriyanı müzakirə ediblər.
Dünyada tətbiq olunan koronavirus tədbirləri səbəbindən videokonfrans vasitəsilə keçirilən görüşdə liderlər 10 ildir vətəndaş müharibəsilə qarşı-qarşıya olan Suriyadakı son vəziyyəti müzakirə ediblər.
Dördlü zirvədə Suriyanın İdlib bölgəsinə istiqamətli humanitar yardım medotları, miqrant məsələsi, Liviyadakı son vəziyyət, koronavirus ilə mübarizədə birgə hərəkət imkanları, Avropa İttifaqının (Aİ) vəziyyəti və Türkiyə-Aİ əlaqələri müzakirə edilib.

Xəbəri paylaş

VİDEOLAR