Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP genişləndirilmiş şəhər sədrləri iclasında gündəmlə bağlı fikirlərini açıqlayıb
Rasthaber Azərbaycan xəbər verir ki, Ərdoğan Liviyaya hərbçilərin göndərilməsi məsələsinə ayınlıq gətirib.
“Məclis açılan kimi ilk iş Liviyaya hərbçi göndərməsilə bağlı sənədi Məclisimizə təqdim edəcəyik.”, -deyə bildirib.
Ərdoğan Liviya ilə bağlı çıxışı zamanı “Soruşurlar hərbçi göndərəcəksinizmi? Biz dəvət edildiyimiz yerə gedərik. Amma dəvət edilmədiyimiz yerə getmərik. Bu anda belə bir dəvət olduğuna görə dəvəti qəbul edərik. Türkiyə və Liviya tərəfində ratifikasiya prosesləri tamamlanmış müqavilə qüvvəyə minmişdir. Hazırlanan dəniz izni ilə bağlı xəritəmizi BMT nəzdində qeydiyyatdan keçirdik. Hədəfimiz Aralıq dənizsində kimlərinsə hüququnu qəsb etmək deyil. Əksinə haqqımızın qəsb edilməsini əngəlləməkdir. Çünki bu addımı atmamış olsaydıq Aralıq dənizində Türkiyəni öz quru sahillərinə həbs edəcək bir oyun qurulacaqdı. Bu oyunlara seyirici qala bilməzdik. Atdığımız addım hüquqa uyğundur. Məclis açılan kimi ilk iş Liviyaya hərbçi göndərməsilə bağlı sənədi Məclisimizə təqdim edəcəyik.”, - deyə bildirib.