Ərbəin yürüşündə 20 milyon ziyarətçinin iştirakı gözlənilir

Ərbəin yürüşündə 20 milyon ziyarətçinin iştirakı gözlənilir

Nəcəf qubernatoru Əl Vaili, korona məhdudiyyətləri qaldırıldıqdan sonra ziyarətçilərin sayının artacağını proqnozlaşdırdıqlarını söyləyib.

Az.rasthaber.com xəbər verir ki, Əl-Ferat News-un xəbərinə görə, Nəcəf valisi və Ali Təhlükəsizlik Komitəsinin sədri Məcid Əl Vaili Ərbəin mərasiminin təhlükəsizlik planını nəzərdən keçirmək üçün iclas keçirib.

Qubernator müavini, Nəcəf polis rəisi, İmam Əli (ə) briqadasının komandiri, Kufə məscidi katibliyinin nümayəndəsi və təhlükəsizlik təşkilatlarının rəhbərlərinin iştirak etdiyi toplantıda Ərbəin mərasimi ilə bağlı təhlükəsizlik məsələləri müzakirə edilib.

Nəcəf valisi bəyan edib ki, ərbəin yürüşünün keçdiyi ərazilərə hərbi və təhlükəsizlik bölmələri yerləşdiriləcək.

Korona məhdudiyyətlərinin aradan qaldırılması ilə ziyarətçilərin sayında artım gözlədiklərini qeyd edən Əl Vaili, bu il ərbəin yürüşünə təxminən 20 milyon insanın qatılacağını gözlədiklərini bildirib.

İraqın Meysan Əyalətinin Əməliyyatlar Komandanı Məhəmməd Casim Əl-Zubaidi bildirib ki, təhlükəsizlik planı bütün kəşfiyyat və təhlükəsizlik bölmələrinin iştirakı ilə təmin ediləcək.

Xəbəri paylaş

VİDEOLAR