اَذَانٌ مِنَ اللّٰهِ وَرَسُولِه۪ٓ اِلَى النَّاسِ يَوْمَ الْحَجِّ الْاَكْبَرِ اَنَّ اللّٰهَ بَر۪ٓيءٌ مِنَ الْمُشْرِك۪ينَۙ وَرَسُولُهُۜ
“Həcci Əkbər günü bu, Allah və Peyğəmbərinin insanlara elanıdır: Şübhə yoxdur ki, Allah və Peyğəmbəri müşriklərdən bəri'dir”. Həcc/3
Ərbəin ziyarəti Vəliyullahla söhbət və eşq səfəridir.
Ərbəin ziyarəti eşq məbədində Vəliyyullahla görüşməkdir.
Bu şərəfli eşq səyahətinə Nəcəfdən bir gedişlə başlayıb Kərbəlada beyətlə başa vurmaq Vilayət rəngində bir ziyarətdir.
Ərbəin ziyarəti bütün mərhələləri və ölçüləri ilə baş tutsa, insanı ancaq zamanın imamına aparar.
Birinci mərhələ və onun ölçüsü mənəviyyat, əzadarlıq və ibadətdir. Bu, iddiasız, ikiüzlülük, şöhrət düşünmədən və ixlasla edilir. Fərdi təkamül Vəliyyullahın ardıcıllarından olmağın ləyaqətini təmin edir.
Ərbəin səfərinin ikinci mərhələsi və ölçüsü birincidən daha vacib və zəruri ölçüdür. Hər kəsin bacara biləcəyi ölçü deyil. Bu ölçü Ərbəinin ictimai və siyasi ölçüsüdür.
Ərbəinin “ictimai-siyasi” cəhəti Hüseyni qiyam və risalətin mərkəzini təşkil edir. Çünki Zeynəbi Ərbəin Hüseyni qiyamın risalətini daşıma vəzifəsidir.
Vilayətə əsaslanan Hüseyni qiyamı dünyaya elan etmək missiyasıdır.