Ərəb və Qərb mediasının yalanı üzə çıxdı: General İsmayıl Qaani mərasimə qatıldı - FOTO

Ərəb və Qərb mediasının yalanı üzə çıxdı: General İsmayıl Qaani mərasimə qatıldı - FOTO

Ərəb mediaları isə Qaanini İsrailə casusluq etdiyinə görə, həbs olunduğunu iddia etmiş, buna dəlil isə onun Ayətullah Xameneinin cümə namazına qatılmaması ilə əlaqələndirmişdilər.

Rasthaber Azərbaycan xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusunun “Qüds” Briqadasının komandiri general İsmayıl Qaani 27 iyulda Beyrutda terror nəticəsində öldürülən general Abbas Nilfouruşun cənazə mərasiminə qatılıb.

Bu addımı ilə təkzib və yalanlama etmədən Qərb və ərəb mediasını yalan çıxaran general İsmayıl Qaani bu barədə heç bir açıqlama da verməyib.

Qeyd edək ki, bir neçə müddətdir bəzi Qərb mediaları onun da İsrail tərəfindən qətlə yetirildiyini yaymışdı. Ərəb mediaları isə Qaanini İsrailə casusluq etdiyinə görə, həbs olunduğunu iddia etmiş, buna dəlil isə onun Ayətullah Xameneinin cümə namazına qatılmaması ilə əlaqələndirmişdilər.

   

Xəbəri paylaş

VİDEOLAR