Ərəb Əmirliyi İsrail ilə bütün əlaqələri bərpa etdi

Ərəb Əmirliyi İsrail ilə bütün əlaqələri bərpa etdi

Sənəddə İsrail və BƏƏ arasında münasibətlərin bərpa ediləcəyi qeyd edilir.

Rasthaber İsrail mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp, İsrail Baş naziri Binyamin Netanyahu və Əbu-Dabinin vəliəhd-şahzadəsi Məhəmməd bin Zaid Ali-Nəhəyyan birgə bəyənatla çıxış ediblər.

Sənəddə İsrail və BƏƏ arasında münasibətlərin bərpa ediləcəyi qeyd edilir.

“İsrail və BƏƏ-dən olan nümayəndə heyətləri yaxın həftələrdə investisiya, turizm, birbaşa reyslər, təhlükəsizlik, telekommunikasiya, texnologiya, energetika, səhiyyə, mədəniyyət, ətraf mühit, qarşılıqlı səfirliklərin yaradılması və digər sahələr üzrə ikitərəfli sazişlərin imzalanması üçün görüş keçirəcəklər”, – deyə bəyanatda bildirilir.

Tramp bununa bağlı sosial şəbəkə üzərindən yazıb ki, İsrail və BƏƏ arasında sülh müqaviləsi əldə edilib.

Xəbəri paylaş

VİDEOLAR