Dubay əmirliyinin şeyxi Məhəmməd bin Raşid Ali Məktum bildirib.
Rasthaber Azərbaycan az.shafaqna.com-a istinadən xəbər verir ki, ərəb ölkələrində ilk atom elektrik stansiyasının (AES) sahibi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub.
Sözügedən AES şənbə günü istismara verilib.
“Bu gün biz Əbu-Dabi əmirliyində ərəb dünyasının “Baraka” adlı ilk dinc xarakterli nüvə reaktorunun uğurla istismara verildiyini elan edirik”, – deyə BƏƏ Baş naziri və vitse-prezidenti, Dubay əmirliyinin şeyxi Məhəmməd bin Raşid Ali Məktum bildirib.
O qeyd edib ki, mütəxəssislər uğurlu şəkildə nüvə yanacağını yükləyib, sınaqlar keçirib və işə salma əməliyyatını uğurla başa vurublar.
“Məqsədimiz dövlətin elektriklə bağlı bütün tələbatının 25%-ni təhlükəsiz, etibarlı və ekoloji təmin edəcək 4 AES-in istismara verilməsidir”, – deyə o əlavə edib.
Xatırladaq ki, AES-dəki hazırlıq işləri 5 ay davam edib.