CNN televiziyası bəyan edib ki, ABŞ diplomatları Ağ Evə xəbərdarlıq ediblər ki, ABŞ sionist İsrailin Qəzza əməliyyatına fəal dəstəyi ilə ərəb dünyasının etibarını itirib.
Az.rasthaber.com xəbər verir ki, məlumatda ABŞ-ın Omandakı səfirliyinin ABŞ Milli Təhlükəsizlik Şurası, Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqat Bürosuna göndərdiyi məktublara istinad edərək bildirib:
“(ABŞ prezidenti Co) Bayden administrasiyası ərəb dünyasındakı ABŞ diplomatlarından sionist İsrailin Qəzza zolağında dağıdıcı və ölümcül hərbi əməliyyatına fəal dəstəyin ərəb icmasında nəsillər boyu davam edəcək inamın itməsinə səbəb olacağına dair sərt xəbərdarlıq aldı".
Sputnik-in xəbərinə görə, ərəb dünyası ABŞ-ın uşaq qatili İsrailə fəal dəstəyini maddi və mənəvi cinayət kimi qiymətləndirərək, bunu mümkün müharibə cinayəti hesab etdikləri qeyd edilib.
ABŞ-ın Misirdəki səfirliyinin məktubunda Misirin dövlət qəzetində dərc olunmuş məqalə də yer alıb. Məqalədə deyilir ki, “ABŞ-ın hazırkı prezidentinin fələstinlilərə qarşı sərt münasibəti və biganəliyi bütün əvvəlki prezidentləri üstələyir”.