Razi Kovo Pars peyvəndi klinik testinin ikinci mərhələsi başa çatır

Razi Kovo Pars peyvəndi klinik testinin ikinci mərhələsi başa çatır

Razi adına institutun tədqiqat məsələləri üzrə direktror müavini bildirib ki, "Razi Kovo Pars" vaksininin klinik testinin ikinci etapı tezliklə başa çatacaq.

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, Razi adına vaksin və serumqayırma üzrə araşdırma institutunun tədqiqat və texnologiya məsələləri üzrə direktror müavini Məhəmməd Həsən Fəllah Mehrabadi bu gün IRNA ilə müsahibədə deyib ki, qarşıdakı bir neçə gündə "Razi Kovo Pars" vaksininin klinik testinin ikinci dozasının bütün könüllülərə aşılanmasının başa çatması ilə bu klinik test mərhələsi də sona yetəcək.

"Razi Kovo Pars" vaksininin klinik testinin ikinci etapında iştirak edən könüllülərin sayını beş yüz nəfər elan edən Mehrabadi bildirib ki, bu etapda iştirak edən könüllülərin hamısı peyvəndin birinci dozasını da vurdurub.

Razi adına vaksin və serumqayırma üzrə araşdırma institutunun tədqiqat və texnologiya məsələləri üzrə direktror müavini qeyd edib ki, tezliklə bu vaksinin üçüncü test etapı başlanacaq.

Mehrabadi həmçinin deyib ki, proqnozlara əsasən, avqust-sentyabr aylarından «Razi Kovo Pars» vaksinindən minimum bir milyon doza istehsal olunacaq.

"Razi Kovo Pars" vaksini Ümumdünya Səhiyyə Təşkilatının göstərişlərinə və ən sərt daxili protokollara uyğun olaraq düzəldilməkdə olan koronavirusa qarşı yeni tərkibli proteinə malik olan lk inyeksiya-tənəffüs peyvəndidir.

Xəbəri paylaş

VİDEOLAR