Bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
Rasthaberin məlumatına görə, Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov sonra deyib ki, biz Naxçıvanla uçuşları bərpa etdik, tədricən uçuşların sayı artırıldı.
Onun sözlərinə görə, son zamanlar vətəndaşlar Antalya, Bodrum və sair istiqamətlərə istirahətə getmək istəyirlər:
"Amma burada ciddi bir arqument var ki, biz öz rayonlarımıza gediş-gəlişi açmırıqsa, niyə görə digər ölkələrə bunu etməliyik. Ona görə də nə zaman rayonlara gediş-gəliş mümkün olacaq, digər istiqamətlərə də uçuşlar bərpa ediləcək".