David Feldman vurğulayıb ki, sionizm icad olunmazdan əvvəl yəhudilər Fələstində müsəlmanlarla sülh şəraitində yaşayırdılar.
Az.rasthaber.com xəbər verir ki, amerikalı ravvin və işğal əleyhdarı David Feldman İstanbulda keçirilən “Fələstin üçün Avropa Zirvəsi” adlı tədbirin kənarında deyib ki, dünyada bir çox yəhudi İsrailin Fələstin xalqına qarşı cinayətlərinə qarşıdır.
Anadolu xəbər agentliyinin məlumatına görə, anti-sionist yəhudi hərəkatı olan Neturei Karta hərəkatının üzvü olan Fridman yəhudilik və sionizm arasındakı fərqə toxunaraq deyib: "Sionizm yəhudi dininin nümayəndəsi deyil, sadəcə olaraq etnik mənsubiyyətlə əlaqəli siyasi bir hərəkatdır, təəssüf ki, bəzi insanlar ikisinin eyni şey olduğunu və bütün yəhudilərin İsraili dəstəklədiyini düşünürlər, amma həqiqət belə deyil."