İranın xarici işlər naziri Abbas Əraqçı deyib ki, Tramp Ayətullah Xameneiyə qarşı hörmətsiz ifadələrdən əl çəkməlidir.
Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı deyib ki, ABŞ prezidenti Donald Tramp Tehranla razılığa gəlməkdə səmimidirsə, İran İslam İnqilabının Rəhbəri Ayətullah Xameneiyə qarşı hörmətsiz ifadələrdən əl çəkməlidir.
“Əgər prezident Tramp həqiqətən razılığa gəlmək istəyirsə, o, İranın ali dini lideri Ayətullah Xameneiyə qarşı hörmətsiz və qəbuledilməz tonunu bir kənara qoymalı və onun milyonlarla sadiq davamçısını incitməyi dayandırmalıdır”, - deyə Əraqçı bildirib.
Tramp daha əvvəl bildirmişdi ki, ABŞ və İran nümayəndələri arasında danışıqlar gələn həftə NATO-nun Haaqa sammitindən sonra baş tutacaq. Tramp əlavə edib ki, danışıqlar razılaşma ilə nəticələnə bilər, lakin o, bunu zərurət kimi görmür. Əraqçı cümə axşamı deyib ki, İran ABŞ-la danışıqların yeni raundu keçirib-keçirməyəcəyinə hələ qərar verməyib və bu məsələ müzakirə olunur.