Əraqçi: Zorakılıq şəraitində ABŞ ilə birbaşa danışıqlar aparmayacağıq

Əraqçi: Zorakılıq şəraitində ABŞ ilə birbaşa danışıqlar aparmayacağıq

İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçi ABŞ-la dolayısı ilə danışıqların səbəbi haqqında deyib: “Danışıqların dolayı yolla aparılmasının səbəbi təhdidlərdir və bu hərəkət əslində Amerika zorakılığına cavabdır. Biz zorakılıq şəraitində danışıqlar aparmırıq, lakin həmişə bərabər mövqedən danışıqlar aparmağa hazır olmuşuq və hazırıq.”

Az.rasthaber.com xəbər verir ki, İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçi ABŞ-ın məktubuna göndərilən cavabla bağlı Radio və Televiziya müxbirinin sualına cavab olaraq deyib: “Omandakı dostlarımız bizə məktubun təyinat yerinə çatdığını və baxıldığını bildirdilər. Ümid edirik ki, Allah bu mübarək günə (Fitr bayramı) xatir bu ölkə üçün xeyirli və məsləhətli olanı nəsib etsin.”

Danışıqların dolayısı ilə aparılması və bu danışıqların birbaşa aparılmaması ilə bağlı suala cavab verən Əraqçi deyib: “Danışıqların dolayısı ilə aparılmasının səbəbi edilən təhdidlərdir. Bu hərəkət əslində Amerika zorakılığına cavabdır. Biz zorakılıq şəraitində danışıqlar aparmırıq, lakin həmişə bərabər mövqedən danışıqlar aparmağa hazır olmuşuq və hazırıq.”

Xəbəri paylaş

VİDEOLAR