İranın xarici işlər naziri Seyid Abbas Əraqçi deyib ki, İranın Trampın məktubuna rəsmi cavabı dünən (26 mart 2025-ci il, çərşənbə) Oman vasitəsilə lazımi qaydada göndərilib.
Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri sözünə davam edib: “Bu rəsmi cavab məktubunda mövcud vəziyyətlə bağlı fikirlərimiz və Trampın məktubu tam şəkildə izah edilərək qarşı tərəfə çatdırılır”.
"Bizim siyasətimiz maksimum təzyiq və hərbi təhdid şəraitində birbaşa danışıqlar aparmaq deyil; lakin dolayı danışıqlar keçmişdə olduğu kimi davam edə bilər. Dolayı danışıqlar həm cənab Ruhani hökuməti, həm də Şəhid Rəisi hökuməti tərəfindən aparılıb", - deyə Əraqçi bildirib.