Əraqçi: Suriya məsələsində Rusiya ilə yaxın mövqelərimiz var

Əraqçi: Suriya məsələsində Rusiya ilə yaxın mövqelərimiz var

İranın Xarici İşlər naziri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib: “Suriya məsələsində Rusiya ilə yaxın mövqelərimiz var. Suriyanın bu ölkə xalqının istəyinə əsaslanan sabitliyi, sülhü, ərazi bütövlüyü və tərəqqisi İranın istəyidir. Biz bu ölkədə sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyirik.”

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər naziri Seyid Abbas Əraqçi Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında Rusiya Xarici İşlər naziri və onu müşayiət edən nümayəndə heyətini salamlayaraq deyib: “Rusiyalı həmkarımla bütün məsələlər üzrə məsləhətləşmələr davam edir və bu, geniş əməkdaşlıq və mövzuları əhatə edir.”

 

Əraqçi əlavə edib: “Bizim Qafqaz, Asiya və Avrasiya məsələləri ilə bağlı davamlı məsləhətləşmələrimiz var, ətraflı və konstruktiv müzakirələr apardıq və bütün müxtəlif mövzular nəzərdən keçirildi. İran və Rusiya arasında iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir və apreldə ortaq iqtisadi komissiya keçiriləcək. Enerji, dəmir yolu, kənd təsərrüfatı sahələrində əməkdaşlıq davam edir.”

 

İranın Xarici İşlər naziri vurğulayıb: “Fələstin, Livan və Suriya ilə bağlı ətraflı müzakirələr aparıldı. Təbiidir ki, İran həmişə sionist rejimin cinayətlərini pisləyib. Qəzzə əhalisinin zorla köçürülməsi ilə bağlı yeni plan müzakirə edildi, bu qəbuledilməz plana qarşı region ölkələrinin vahid mövqeyi vurğulandı. Yaxın vaxtlarda İranın təklifi ilə İslam Əməkdaşlıq Təşkilatı da iclas keçirəcək.”

Suriya məsələsinə toxunan Xarici İşlər naziri deyib: “Rusiya ilə yaxın mövqelərimiz var. Suriyada xalqın istəyinə əsaslanan sabitlik, sülh, ərazi birliyi, tərəqqi, İranın istəyidir və biz bu ölkədə sülh və sabitliyi dəstəkləyirik.”

Xəbəri paylaş

VİDEOLAR