Əraqçi: Sionist rəsminin sözləri regionun sülh və təhlükəsizliyinə təhdiddir

Əraqçi: Sionist rəsminin sözləri regionun sülh və təhlükəsizliyinə təhdiddir

İran İslam Respublikasının xarici işlər naziri sionist rejimin baş nazirinin Səudiyyə Ərəbistanı torpağında Fələstin dövlətinin yaradılması ilə bağlı həyasız sözlərinə toxunaraq deyib: Bu sözlər işğalçı rejimin misli görünməmiş qudurğanlığının göstəricisidir və regionun sülh və təhlükəsizliyinə təhdiddir.

Az.rasthaber.com xəbər verir ki, Seyid Abbas Əraqçi bölgədəki hadisələr, xüsusilə də işğal altındakı Fələstin və Qəzzə şərtləri ilə bağlı məsləhətləşmələrinin davamında Səudiyyə Ərəbistanının xarici işlər naziri Əmir Feysəl bin Fərhan ilə söhbət edib.

Əraqçi, Qəzzə xalqının zorla köçürülməsi və başqa ölkələrə yerləşdirilməsi ilə bağlı Amerika-Sionist planını Fələstinin müstəmləkəçiliklə məhv edilməsi planının tamamlanmasına uyğun olduğunu bildirib və beynəlxalq ictimaiyyətin bu sui-qəsdə müxalif yanaşmasını və buna qarşı durmaq üçün qəti addım atmasının vacibliyini vurğulayıb.

O, həmçinin sionist rejimin baş nazirinin Səudiyyə Ərəbistanı torpağında Fələstin dövlətinin qurulması ilə bağlı həyasız sözlərinə işarə edərək, bu sözləri işğalçı rejimin görünməmiş qudurğanlığının əlaməti və regionun sülh və təhlükəsizliyinə təhdid kimi qiymətləndirib və bunu pisləyib.

Xəbəri paylaş

VİDEOLAR