Əraqçi İƏT nazirlərini Qəzza ilə bağlı təcili toplantı keçirməyə çağırıb

Əraqçi İƏT nazirlərini Qəzza ilə bağlı təcili toplantı keçirməyə çağırıb

İran İslam Respublikasının Xarici İşlər naziri ABŞ prezidentinin Qəzza ilə bağlı qeyri-qanuni planının müxtəlif ölkələrin qəti etirazı ilə qarşılaşdığını bildirərək, bu məsələni müzakirə etmək və qərar qəbul etmək üçün İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nazirlərinin təcili iclasının keçirilməsini istəyib.

Az.rasthaber.com xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi və Misirin Xarici İşlər naziri Bədr Əbdül Ati 8 fevral şənbə günü axşam saatlarında telefon danışığında regional hadisələr, xüsusilə Fələstin və Qəzzədəki vəziyyəti və ikitərəfli əlaqələri müzakirə ediblər.

 

Əraqçi Misirin məzlum Fələstin xalqının qanuni hüquqlarını dəstəkləmək mövqeyinə toxunaraq deyib: “Fələstinlilərin Qəzzədən zorla köçürülməsi planını Fələstini müstəmləkə şəkilində məhv etmək planının bir hissəsi, regionun sabitliyi və təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirib.

 

ABŞ prezidentinin Qəzzə ilə bağlı qeyri-qanuni planı müxtəlif ölkələrin kəskin etirazı ilə qarşılanıb. İslam ölkələrinin Fələstin xalqının taleyinə qarşı bu fitnə ilə mübarizə üçün tutarlı və qətiyyətli mövqe tutmaları vacibdir.”

Xəbəri paylaş

VİDEOLAR