Abbas Əraqçi: “Mən İran İslam Respublikasının Xarici İşlər Naziri kimi cənab Səfiuddinin xidmətinə başsağlığımı bildirmək üçün gəlmişəm...
Az.rasthaber.com xəbər verir ki, Seyid Abbas Əraqçi Tehranda Livan Hizbullahının nümayəndəsi ilə görüşdükdən sonra jurnalistlərə deyib: “Mən İran İslam Respublikasının Xarici İşlər Naziri kimi cənab Səfiuddinin xidmətinə başsağlığımı bildirmək üçün gəlmişəm, təbii ki, ilk növbədə İran xalqına, sonra isə Livan xalqına və dostlara başsağlığı verirəm.
Şəhid Nəsrullahın qanı onun sağ olduğu zamandan da daha bərəkətli, daha təsirli olacaq
Seyid Abbas Əraqçi deyib: "Müqavimətin böyük rəhbəri Seyid Həsən Nəsrullahın itkisinə görə başsağlığı veririk, lakin inanırıq ki, şəhid Nəsrullahın qanı bu şəhidin həyatda olduğu dönəmdən də təsirli olacaqdır. Düşmənlərimiz bilmir ki, bizim əsas silahımız şəhid qanıdır."