Əraqçi: İran və müqavimət qrupları Suriyanı dəstəkləyir

Əraqçi: İran və müqavimət qrupları Suriyanı dəstəkləyir

İran İslam Respublikasının xarici işlər naziri deyib: İran və müqavimət qrupları Suriyanı terrorçulara qarşı dəstəkləyir və bizim Türkiyə ilə ortaq narahatlıqlarımız var və ümid edirik ki, regional sabitlik istiqamətində anlaşma əldə edəcəyik.

Az.rasthaber.com xəbər verir ki, 2024-cü il dekabrın 2-i bazar ertəsi səhəri Seyid Abbas Əraqçi iranlı jurnalistlərə verdiyi müsahibədə dedi: Dəməşq səfəri çox yaxşı keçdi və Suriya prezidenti cənab Bəşər Əsədlə çox ətraflı görüşüm oldu.

O, əlavə etdi: Suriya və regionda baş verənlər haqqında çox yaxşı fikir mübadiləsi apardıq.
Əraqçi dedi: Təbii ki, şərtlər çətindir, lakin əsas olan Suriya hökumətinin ruhiyyəsi və təkfirçi terrorçuların bu son fitnəsinə qarşı müqavimət və mübarizə məsələsi idi.
O, aydınlaşdırıb: Mən İran İslam Respublikasının cənab Bəşər Əsədə, Suriya hökumətinə, Suriya ordusuna və Suriya xalqına tam dəstəyini açıq şəkildə bəyan etmişəm. Keçmişdə İŞİD və digər müxtəlif qrupların Suriyanı vətəndaş müharibəsinə sürüklədiyi daha çətin dövrlər olub, lakin qarşı-qarşıya gəliblər və indi yenidən fürsət əldə ediblər və düşünürlər ki, sionist rejimin Livan və Fələstinə təcavüzünün yaratdığı şəraitə görə yenidən fəaliyyətə başlaya bilərlər.

Xəbəri paylaş

VİDEOLAR