Əraqçi: İran və ABŞ arasında dolayı danışıqlar şənbə günü başlayacaq

Əraqçi: İran və ABŞ arasında dolayı danışıqlar şənbə günü başlayacaq

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi deyib: İran və ABŞ arasında dolayı dialoq şənbə günü (12 aprel) Omanda başlayacaq.

Az.rasthaber.com xəbər verir ki, Seyid Abbas Əraqçi X sosial şəbəkəsində yazıb: İran və ABŞ yüksək rəsmilər səviyyəsində dolayı danışıqlar üçün şənbə günü Omanda görüşəcək.

O, davam etdi: Bu həm bir fürsətdir, həm də bir sınaqdır. Top Amerikanın meydanındadır.

ABŞ prezidenti Donald Tramp bu gün Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı deyib: Biz İranla birbaşa danışıqlar aparırıq.

Xəbəri paylaş

VİDEOLAR