Əraqçi: İran Suriyanı həmişə dəstəkləyib və dəstəkləyəcək

Əraqçi: İran Suriyanı həmişə dəstəkləyib və dəstəkləyəcək

İranın Xarici İşlər naziri İran, Suriya və İraq xarici işlər nazirlərinin bugünkü üçtərəfli görüşünün mesajına işarə edərək deyib: “Birinci mesaj, təkfirçi-terrorçu qruplarla mübarizədə Suriya hökuməti və xalqına dəstək olmaqdır.”

Az.rasthaber.com xəbər verir ki, İran, İraq və Suriya xarici işlər nazirləri Suriyadakı son hadisələrlə bağlı üçtərəfli iclasdan sonra dekabrın 6-da cümə günü axşam saatlarında Bağdadda mətbuat konfransı keçiriblər.

 

Seyid Abbas Əraqçi mətbuat konfransında deyib: “Suriyadakı bu təkfirçi terror qruplaşmaları, şübhəsiz ki, bu hücumları Amerika-sionist fitnəsi ilə həyata keçirirlər.”

 

İranın Xarici İşlər naziri əlavə edib: “Suriya məsələsi, Suriya hökuməti və xalqına qarşı təhdidlər, bunun digər ölkələr və bütün region üçün nəticələri ilə bağlı bizim aramızda ortaq fikir var. İraq hakimiyyəti ilə sıx məsləhətləşmələr apardım. Buna görə də biz həm regional, həm də beynəlxalq səviyyədə birgə fəaliyyətimizi davam etdiririk.”

 

Diplomatik qurumun rəhbəri deyib: “İran, İraq və Suriyanın üçtərəfli görüşü bu gün günorta saatlarında keçirildi. Mən vurğulayıram və təkrar edirəm, bu görüşün üç əsas mesajı var idi. İlk mesaj Suriya hökumətinə və xalqına, onların təkfirçi-terrorçu qruplarla mübarizəsinə dəstəkdir. Şübhəsiz ki, onlar bu hücumları Amerika-sionist fitnəsi ilə həyata keçirirlər.”

 

İranın Xarici İşlər naziri vurğulayıb: “Hər kəs bu fitnənin planlaşdırılmasında sionistlərin rolunu görməzlikdən gəlirsə, səhv edir.”

Xəbəri paylaş

VİDEOLAR