Əraqçi: İran Avropanın qeyri-texniki addımına uyğun cavab verəcək

Əraqçi: İran Avropanın qeyri-texniki addımına uyğun cavab verəcək

İranın Xarici İşlər naziri “təzyiqlərin yaxşı nəticə verməyəcəyi və İranı agentliklə müsbət əməkdaşlıq etmək qərarından çəkindirməyəci barədə xəbərdarlıq etmişdik”- deyə, bəyan edərək vurğulayıb: “İran İslam Respublikası Avropanın “qeyri-texniki” addımına uyğun cavab verəcək.”

Az.rasthaber.com xəbər verir ki, Seyid Abbas Əraqçi Əl-Məyadin telekanalına müsahibəsində agentliklə əməkdaşlıq etmək üçün real iradəmiz olduğunu, lakin Avropanın bu addımının bu prosesə zidd olduğunu bildirərək belə deyib: “Qrossinin dəvət edilməsində məqsəd İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında əməkdaşlığın yeni səhifəsini açmaq idi.”

 

İranın Xarici İşlər naziri əlavə edib: “Qalan problemləri həll etmək üçün anlaşma zəminini tapmağa çalışdıq. Cənab Qrossi də nikbin idi və bu yanaşmanı alqışladı. Xəbərdarlıq etdik ki, təzyiq yaxşı nəticəyə gətirib çıxarmayacaq və İranı agentliklə müsbət əməkdaşlıq etmək qərarından çəkindirməyəcək.”

 

“İran İslam Respublikası Avropanın “qeyri-texniki” addımına uyğun cavab verəcək” - deyə, Əraqçi bildirib.

Xəbəri paylaş

VİDEOLAR