Əraqçi: Hizbullah müstəqil qərar qəbul edir!

Əraqçi: Hizbullah müstəqil qərar qəbul edir!

İran XİN başçısı Seyid Abbas Əraqçi BMT Təhlükəsizlik Şurasının toplantısından sonra jurnalistlərin suallarını cavablandırıb.


Əraqçi jurnalistin sualına cavab olaraq bildirib: "Hizbullah özü müstəqil qərar verir, onlar təkbaşına özünü, Livanı və Livan xalqını tamamilə qorumağa qadirdir."

Başqa bir müxbir İranın xarici işlər nazirinə sual verdi: “İran bəzi hökumətlər və analitiklər tərəfindən Hizbullaha qabaqcıl silahlar verməklə bu münaqişələri qızışdırmaqda ittiham olunur. Bu ittihama cavabınız nədir?”

İran XİN başçısı bəyan edib: "Biz həmişə açıq şəkildə demişik ki, Livan və onun xalqını işğalçı İsrail rejiminin cinayətlərinə və işğalına qarşı müdafiə etmək üçün Hizbullahın qanuni mübarizəsini dəstəkləyirik!"

Xəbəri paylaş

VİDEOLAR