Çeçenistan przidentinin yaşadığı məhəllədə videoçəkiliş aparan şəxsin həbs olunması bir aydan sonra məlum olub
Çeçenistan przidentinin yaşadığı məhəllədə videoçəkiliş aparan şəxsin həbs olunması bir aydan sonra məlum olub.
Rasthaber Azərbaycan xəbər verir ki, Rusiya mediası əlil olan 27 yaşlı İslam Nuxamovun Çeçenistan przidentinin yaşadığı məhəllədə videoçəkiliş apardıqdan sonra youtubedə paylaşdıqdan dərhal həbs olunduğunu yazır.
"Novaya Gazeta" nəşri aparılan çəkilişdən bir şey anlaşılmadığı, lakin bu çəkilin məhz Qrozniy şəhərinin Baranovka qəsəbəsində aparıldığını, bu zonanın da Ramzan Kadırovun igamətgahı yerləşdiyini qeyd edir.
Bu zonada xüsusi mühafizə və polisin çox olması diqqət çəkir.
27 yaşlı İslam Nuxamov youtubedə paylaşdığı video 227 baxış yığdıqdan sonra (P.S. Hazırda 12 mini keçib) 1 noyabrda mülki geyimlilər tərəfindən saxlanılır.
Rəsmi məlumata görə, o polis idarəsinə dəvət olunur və orada özünü şübhəli apardıqdan sonra onun üstündən silah və güllələri tapılıb.
Qəzetin yazdığına görə, İslam polis idarəsində işkəncələrə məruz qalıb.
Qeyri rəsmi məlumatlara görə, İslam Nuxamovun videosu müxalifətçi çeçenlərin əlinə keçib, hazırdakı ittiham isə onun videonu özü göndərməsilə əlaqəlidir.