Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Siyavuş Novruzova töhmət

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Siyavuş Novruzova töhmət

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzova töhmət elan edilib.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə partiyanın rəsmi saytı məlumat yayıb.

Məlumatda deyilir: “COVİD-19 pandemiyasının yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozduğuna görə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzova töhmət elan edilmişdir.

Yeni Azərbaycan Partiyası partiyanın bütün üzvlərini tətbiq edilən zəruri karantin rejiminin tələblərinə əməl etməyə, əhalinin sağlamlığına təhlükə yaradan əməllərə yol verməməyə çağırır.”

Xəbəri paylaş

VİDEOLAR