Ramazan hilalının görünməsi və bayram elan edilməsi - KÖŞƏ YAZISI

Ramazan hilalının görünməsi və bayram elan edilməsi - KÖŞƏ YAZISI

Berlin İmam Rza İslam Mərkəzinin alimi Hüccətül-İslam Şeyx Səbahəddin Türkyılmaz Ramazan ayının görünməsinin və bayram elan edilməsini imtahan olaraq dəyərləndirib.

Şeyx Səbahəddin Türkyılmaz məqaləsində belə qeyd edib:

"Müsəlmanların bayramı birlikdə qeyd edə bilməməsi əsrlər boyu həllini tapmayan sosial problemlərdəndir.

Məsum İmamın olduğu bir dövrdə bayramla bağlı mübahisə olmaz. Çünki məsum rəhbərin sözü ilahi hökmü bəyan edir, heç bir xəta/səhv yoxdur.

Peyğəmbər və onun canişinləri olan məsum imamlar bunu öz zamanlarında həyata keçirərək müsəlmanları çıxılmaz vəziyyətlərdən və münaqişələrdən xilas etdilər. Lakin məsumların sözünə qulaq asmayan, tağuti sultanlıqlarının fitvasına tabe olanlar həmişə olub.

Qeyb dövrünü yaşadığımız bir neçə əsrdir ki, məsum rəhbərə çatmadığından möminlər arasında ixtilafların olması və bayramın müxtəlif günlərdə keçirilməsi qaçılmazdır.

Müsəlmanlar bayramdan xəbərdar olmalıdırlar. Bu maarifləndirmə işi dini elmlərdə mütəxəssis olan alimlərin vəzifəsidir. Bayramın müxtəlif günlərdə keçirilməsini anlamaq üçün bir neçə məqamı izah etmək lazımdır.

1-Bayramı təsbit etmək məsum rəhbərin vəzifələrindəndir
Məsum imamın varlığının zəruriliyini sübut edən dəlillərdən biri də bayramların müəyyən edilməsidir.

İslamda iki mühüm bayramda vacib əməlləri yerinə yetirmək və harama tabe olmamaq üçün bayram təyin etmək lazımdır.

Birincisi, mübarək Ramazan ayında orucluğun başlanması və Fitr bayramının müəyyən edilməsi, ikincisi isə Zilhiccə ayında Həcc əməlləri və Qurban bayramı üçün ayın birinci gününün elan edilməsidir.

2-Qeyb dövründə bayram və ictihad

Qeyb dövründə bu iş bütün fiqh məsələlərində olduğu kimi bayramın təyini ilə bağlı da müctəhidlərin fiqhinə buraxılmışdır.

Yalnız məsum rəhbər haqqı bəyan edə bildiyi üçün, müctəhidlərin fətvaları vəzifəni yerinə yetirməkdə ancaq dəlildir, müctəhidlər günahsız olmadığı üçün onların fətvaları ictihada görə fərqli ola bilər. Müqəllidlərdən tələb olunan həqiqəti tapmaq deyil, onlara dəlil olana itaət etməkdir.

Məsum rəhbərlər müctəhidlərin fiqhi müddəalarını ictihad vasitəsilə bəyan etmələri üçün lazım olan resursları, əsasları, prinsipləri, meyarları və materialları təmin etmişlər. Müctəhidlər də ictihad yolu ilə müsəlmanların vəzifəsini bəyan etmək üçün mövcuddurlar.

YAZININ DAVAMINI OXUMAQ ÜÇÜN TIKLAYIN

Xəbəri paylaş

VİDEOLAR