Ramazan ayının hilalı görünmədi - AÇIQLAMA

Ramazan ayının hilalı görünmədi - AÇIQLAMA

İki mərcəi təqliddən Ramazan ayı açıqlaması

İslam dünyası Ramazan ayının başlanğıcı üçün dini mərcələrin açıqlamalarını gözləyərkən, İslam aləminin iki mühüm dini mərcəsi olan Ayətullah  Xamenei və Ayətullah Sistaninin ofislərindən verilən açıqlamalarda, Ramazan ayının hilalının görünmədiyi və 1 Mart Şənbə gününün Şaban ayının son günü olduğu, Ramazan ayının isə 2 Mart Bazar günü başlayacağı bildirildi.

Ayətullah Xamenei: 1 mart şənbə Şaban ayının son günüdür

Ayətullah  Xameneinin ofisindən verilən açıqlamada, 1 Mart Şənbə gününün Şaban ayının son günü olduğu və 2 Mart Bazar gününün mübarək Ramazan ayının ilk günü kimi elan edildiyi bildirildi.

Ayətullah Sistani: Ramazan 2 mart bazar günü başlayacaq

Ayətullah Seyid Əli Əl-Hüseyni Sistaninin Nəcəf ofisi 1 mart şənbə gününün Şaban ayının son günü olduğunu və 2 mart bazar gününün mübarək Ramazan ayının ilk günü olduğunu elan etdi.

Xəbəri paylaş

VİDEOLAR