Rafael Qrossi İrana səfər edəcək

Rafael Qrossi İrana səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi oktyabrda İrana gələcək.

Az.rasthaber.com xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Qrossi İranın nüvə proqramı ilə bağlı Qərb və Tehran arasında danışıqların əsasını qoymaq üçün gələn ay İrana səfər edəcək.

Röyter agentliyinə danışan Qrossi İranın nüvə fəaliyyətləri haqqında daha çox məlumat əldə etmək üçün oktyabrda İrana səfər edəcəyinə ümid etdiyini bildirib və mümkün danışıqlar üçün hazırlıqların indi başlamalı olduğuna işarə edib.

Nyu-Yorkda təmaslarını davam etdirən İranın xarici işlər naziri Seyid Abbas İraqçı sentyabrın 23-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Qrossi ilə görüşüb.

Görüş zamanı nazir İrakçi bəyan edib ki, o, İranın sülhməramlı nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə danışıqların yeni raunduna başlamağa çalışacaq.

Xəbəri paylaş

VİDEOLAR