Qrafitini çözmək çətin olub, lakin yazının ultramillətçi israillilər tərəfindən yazıldığı güman edilir
İsrail polisi cümə günü Qüdsün ətrafında bir məsciddə "bir otağın yandırılması" və divarda İvrit dilində yazılmış qrafiti ilə bağlı istintaq apardıqlarını bildiriblər. Rasthaber Azərbaycan xəbər verir ki, qrafitini çözmək çətin olub, lakin yazının ultramillətçi israillilər tərəfindən yazıldığı sübut olunub. Yazıda müsəlmanlar və İslam əleyhinə şüarlar yazılıb. Yazının bir hissəsində “Yəhudilər (üçün) yıxmaq? Düşmənləri yıxmaq!” qeyd edilib.
Məscid şərqi Qüdsdə yerləşən Beyt Safafa adlı ərəb məhəlləsində yerləşir.
İsrail 1967-ci ildə Yaxın Şərq müharibəsində Qərb Sahili ilə birlikdə şərqi Qüdsü də işğal edib.
Fələstinlilər hər iki bölgəni gələcək dövlətlərinin bir hissəsi olmasını istəyir.
Sərt xətt tərəfdarı israilli millətçiləri daha öncə Qərb sahilində və Qüdsün şərqində fələstinlilərə və onların mülklərinə hücumlarda iştirak ediblər.