Radikal yəhudilər Məğrib qapısından Əl-Əqsa məscidinə daxil olub.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, fanatik yəhudilərdən ibarət 70 nəfərlik qrup İsrail polisinin müşayiəti ilә işğal altındakı Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinə basqın edib.
Bu barәdә Qüds İslam Vәqflәri İdarәsi mәlumat yayıb. Mәlumatda 70 radikal fanatik yәhudinin qruplar şәklindә mәscidin әrazisinә daxil olduğu vurğulanıb.
Mәlumatda həmçinin bildirilib ki, yəhudilər Məğrib qapısından Əl-Əqsa məscidinə daxil olub.
İşğal altındakı Şәrqi Qüdsdә yerlәşәn Әl-Әqsa mәscidi müsәlmanların ilk qiblәsi xüsusiyyәtinә malikdir.