Radikal yəhudilər İsrail Ordusunun müşaiyyətilə Əl-Əqsa məscidinə soxulublar
Rasthaber Azərbaycan xəbər verir ki, ekstremist radikal yəhudilər İsrail Ordusunun müşaiyyətilə Əl-Əqsa məscidinə soxulublar.
Onlar məscidin Al-Maqarib qapısından içəri girərək təxribata əl atıblar.
"AL Vafa" agentliyinin xəbərində qeyd olunur ki, 60 nəfər köçkün ekstremist radikal yəhudi İsrail Ordusunun mühafizəsilə məscidin həyətinə giriblər.
Ara-sıra təxribatlara əl atan köçkünlər Əl-Əqsa məscidinə qarşı hörmətsizlik edirlər.