Radiasiya yeyən göbələk

Radiasiya yeyən göbələk

Çernobıl Atom Elektrik Stansiyasında radiasiya ilə qidalanan qeyri-adi göbələk aşkar edilib.

Rasthaber Azərbaycan Sputnik-ə istinadla xəbər verir ki, digər canlılar üçün öldürücü dozada olan radiasiya bu göbələyin inkişafına rəvac verir.

Göbələk Cryptococcus neoformans növünə aiddir. O, qəzadan 20 il sonra 2000-ci illərin ortalarında aşkar olunub. Ancaq bu göbələyin qeyri-adi xüsusiyyəti yeni aşkar edilib.

Araşdırmalar göbələkdə yüksək səviyyədə melanin olduğunu sübut edib.

Bu piqment insan orqanizmində də var və günəşdə qaralma zamanı özünü büruzə verir.

Bundan başqa, alimlər müəyyən ediblər ki, Cryptococcus neoformans digər bitkilərin karbon qazını udub oksigen ifraz etdiyi kimi, təhlükəli şüaları qəbul edərək enerjiyə çevirir.

Ekspertlər hesab edirlər ki, göbələyin əsasında radiasiya şüalanmasının enerji mənbəyi kimi istifadə edildiyi yeni texnologiya yaradıla bilər.

Xəbəri paylaş

VİDEOLAR