Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz əl-Falih Ər-Riyad və Təl-Əviv arasında normallaşma prosesi ilə bağlı açıqlama verib.
Az.rasthaber.com xəbər verir ki, sionist İsrail ilə Səudiyyə Ərəbistanı arasında normallaşma prosesi ilə bağlı müzakirələr davam edir.
Daha əvvəl Səudiyyə Ərəbistanının Qəzzada baş verən hadisələrə görə Təl-Əvivlə normallaşma prosesini dondurduğu bildirilmişdi.
Sputink-in məlumatına görə, Sinqapurda keçirilən Bloomberg Yeni İqtisadiyyat Forumu zamanı Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz əl-Falih Ər-Riyad və Təl-Əviv arasında normallaşma prosesi ilə bağlı açıqlama verib.
Səudiyyə naziri Qəzza zolağında baş verən hadisələrə baxmayaraq normallaşma məsələsinin hələ də gündəmdə olduğunu bildirib və deyib: “Bu mövzuda danışıqlar olub və vəliəhdimiz bu danışıqların gedişinin birbaşa münaqişənin sülh yolu ilə Fələstin probleminin həllindən asılıdır".
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Farhan bildirib ki, İsraillə normallaşma iki dövlətli həlldən asılıdır.