Ər-Riyad iclası Qəzzada blokadanın götürülməsi və bombardmanların dayandırılmasını reallaşdırmalıdır

Ər-Riyad iclası Qəzzada blokadanın götürülməsi və bombardmanların dayandırılmasını reallaşdırmalıdır

İran və Suriya prezidentləri Qəzzədə baş verən hadisələrin son vəziyyəti barədə məşvərət və lazımi ahəngdarlıqlar aparıblar.

 

Dünən axşam İslam Əməkdaşlığı Təşkilatı və Ərəb Liqasına üzv ölkələrin Ərriyadda keçirilən birgə sammitinin kənarında Suriya prezidenti Bəşşar Əsədlə görüşdə son Fələstin olaylarını nəzərdən keçirən Seyid İbrahim Rəisi sözügedən iclasda Qəzzə barədə əməliyyat və icra qərarının çıxarılması zərurətinə təkid edib. O, həmçinin Qəzzədəki yaşayış massivlərinin bombardman edilməsinin dərhal dayandırılması, Qəzzə zolağına qarşı blokadanın aradan qaldırılması və bu bölgə əhalisinə yardımın göstərilməsinin genişləndirilməsini Qəzzə barədəki üç əsas tələb adlandırıb. Vurğulayıbdır ki, Ərriyad iclası bu tələbləri reallaşdıra bilməlidir.
Cənab Rəisinin Ərriyad sammitində Qəzzə barədəki ziyalandırıcı və dəstəkləyici çıxışına yüksək qiymət verən Suriya prezidenti Bəşşar Əsəd də hücumların dərhal durdurulması və Qəzzə əhalisinə yardım prosesinin başlanması zərurətinə təkid edib.

 

Xəbəri paylaş

VİDEOLAR