Qəzzaya edilən hücumlarda 21 min 822 nəfər şəhid olub

Qəzzaya edilən hücumlarda 21 min 822 nəfər şəhid olub

Qəzzanın Səhiyyə Nazirliyi son 24 saatda sionist ordunun həyata keçirdiyi hücumlarda şəhid olanların sayının 150 nəfər artaraq 21 min 822 nəfərə, yaralıların sayının isə 56 min 451 nəfərə çatdığını açıqlayıb.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də “Fələstinlilərə və müqəddəs dəyərlərə, xüsusilə də Məscidül-Əqsaya qarşı davamlı pozuntulara cavab vermək” əsası ilə sionist rejimə qarşı hərtərəfli hücuma keçib.

Sionist rejim oktyabrın 7-də baş verən hücumlarda 1200 israillinin öldüyünü və 5132 nəfərin yaralandığını açıqlayıb.

Sionist rejimin Qəzza zolağına hücumlarında azı 9 mini uşaq və 6 min 450 qadın olmaqla 21 min 822 fələstinli şəhid olub, 56 min 165 nəfər yaralanıb. Dağıntılar altında minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxanalar və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur məhv edilir.

Sionist ordusu Qəzza zolağına hücumlarının başladığı 7 oktyabrdan bu yana 170-i quru işğalı prosesində olmaqla 504 əsgərinin öldürüldüyünü açıqlayıb.

Noyabrın 24-də 4 gün müddətinə verilən, daha sonra isə daha 3 gün uzadılan qarşıdurmada “humanitar fasilə” zamanı 81 israilli və 240 fələstinli məhbus qarşılıqlı olaraq azad edilib. Digər tərəfdən, sionist rejim minlərlə fələstinlini saxlayıb həbs etməkdə davam edib.

İşğal altındakı İordan çayının qərb sahili və Qüdsdə işğalçı qüvvələrin və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində 319 fələstinli həyatını itirib.

Xəbəri paylaş

VİDEOLAR