Fələstin prezidenti Mahmud Abbas İsrailin işğalçı qüvvələrinin Qəzza zolağının bölünməsi planlarının qəbuledilməz olduğunu və Qəzzanın Fələstinin ayrılmaz hissəsi olduğunu bildirib.
Az.rasthaber.com xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, Mahmud Abbas Hollandiya və Avstraliyanın baş nazirləri Mark Rutte və Antoni Albanese ilə ayrı-ayrılıqda telefonla danışıb.
Abbas bu görüşdə bunları deyib: “İşğal qüvvələrinin Qəzzanı bölmək planları qəbuledilməzdir. Qəzza üçün ayrı bir siyasi və ya təhlükəsizlik həlli ola bilməz, o, Fələstin dövlətinin ayrılmaz hissəsidir.
Fələstin xalqına qarşı qırğın dərhal dayandırılmalıdır.