Qəzzadan İsrailə 469 raket atılıb

Qəzzadan İsrailə 469 raket atılıb

Qəzza zolağından sionist İsrailə 469 raket hücumunun həyata keçirildiyi açıqlanıb.

Az.rasthaber.comxəbər verir ki, İsrailin Cənub Bölgəsi Yanğın və Xilasetmə Birimi Qəzzadan atılan raketlərdən birinin Aşkelondakı bir evin bağçasına düşdüyünü, yanğınsöndürənlərin yanğına müdaxilə etdiyini və hadisə nəticəsində bir avtomobilin yararsız hala düşdüyünü açıqlayıb.

Sionist Rejim Müdafiə Qüvvələrinin (IDF) verdiyi bəyanatda Qəzzadan atılan 469 raketdən 333-nün İsrailə çatdığı, 107-nin isə Qəzza zolağının sərhədlərinə düşdüyü bildirilib. Qalan 29 raket haqqında məlumat paylaşılmayıb.

Bildirilib ki, hava hücumundan müdafiə sistemi 153 raketin qarşısını kəsib, bəzi raketlər yaşayış məntəqələrini vuraraq maddi ziyan vurub, Qəzzadan atılan raketlərdən birinin isə Sderot şəhərindəki bir evə düşüb.

Qeyd edək ki, İslami Cihad Hərəkatı xəbərdarlıq etmişdi ki, sionist rejim bölgədəki evlərə hücuma davam edərsə, Təl-Əviv və sionist rejimin daxili hissələrinə qarşılıq verəcək.

Xəbəri paylaş

VİDEOLAR