Qəzzadakı fələstinlidən ABŞ-dakı tələbələrə təşəkkür mesajı

Qəzzadakı fələstinlidən ABŞ-dakı tələbələrə təşəkkür mesajı

Qəzza zolağının cənubundakı Rəfaha sığınan bir fələstinli yaşadıqları çadırların üzərinə yazdığı yazılarla Qəzzaya dəstək verən ABŞ-da tələbələrə təşəkkür edib.

Az.rasthaber.com xəbər verir ki, Rəfaha sığınan 43 yaşlı Əbu Yusuf Hamed Qəzzaya dəstək üçün ABŞ-ın Kolumbiya Universitetində başlayan və dünyanın bir çox universitetlərinə yayılan nümayişlərə səssiz qalmayıb.

Hamed Rəfahdakı çadırların üzərinə "Qəzzə ilə həmrəylik nümayiş etdirən tələbələrə təşəkkür edirik. Mesaj çatdı", "ABŞ universitetlərinə təşəkkür edirəm" və "Kolumbiya tələbələrinə təşəkkür edirəm" ifadələrini sprey boya ilə boyadı.

Dünya ölkələrindən bu tələbələri nümunə götürmələrini xahiş edən Hamed, Qəzzanın yanında olan hər kəsə təşəkkür etdiklərini söylədi.

Xəbəri paylaş

VİDEOLAR