Qəzzada yüzminlərlə uşaq peyvənd olunacaq

Qəzzada yüzminlərlə uşaq peyvənd olunacaq

Qəzza sektorunda 10 yaşadək olan yüzminlərlə uşağa poliomielit peyvəndi vurulacaq.

Az.rasthaber.com xəbər verir ki, bu haqda Fələstinin Qızıl Aypara Cəmiyyətindən bildirilib.

Yerli və beynəlxalq humanitar təşkilatların iştirakı ilə baş tutacaq peyvənd kampaniyası ilk mərhələsi 31 avqustda start götürəcək.

7 gün davam edəcək irinci mərhələdə 640 min qəzzalı uşaq peyvənd olunacaq.

Vaksinasiya prosesinin keçiriləcəyi 11 tibb mərkəzində hazırlıq işləri başlayıb.

Xatırladaq ki, Qəzza sektorunun Səhiyyə Nazirliyi 16 avqustda 10 aylıq körpə uşaqda poliomelit aşkar edib. Peyvəndləri saxlamaq üçün 4 xüsusi soyuducu təşkil olunub.

Xəbəri paylaş

VİDEOLAR