Fələstin müqavimətinin Qəzza zolağında təhlükəsizlik qüvvələri Qəzzadakı xəstəxanalardan birində sionist rejimin casus şəbəkəsinin aşkar edilərək ələ keçirildiyini elan ediblər.
Az.rasthaber.com xəbər verir ki, müqavimətin təhlükəsizlik orqanının açıqlamasına əsasən, sionist düşmən bu cihazlar vasitəsilə Fələstin vətəndaşlarının hərəkətini izləyir və bu yolla onları hədəfə alırdı.
Əl-Haris Teleqram kanalı bir müqavimət təhlükəsizlik rəsmisindən sitat gətirib: Müqavimət Təhlükəsizliyi bir vətəndaşdan məlumat alıb ki, daha əvvəl sionist rejim ordusunun hücumuna məruz qalan Qəzza şəhərindəki xəstəxanalardan birində qeyri-adi formada “tikinti daşı” var.
O əlavə etdi: Məlumatı aldıqdan sonra məxfi təhlükəsizlik qüvvələri dərhal sözügedən xəstəxanaya hərəkət etdi və ilkin araşdırmalardan sonra məlum oldu ki, binanın daşı şəklini dəyişib və içərisinə casusluq qurğusu yerləşdirilib.