Qəzzada şəhidlərin sayı 9 min 227-yə yüksəlib

Qəzzada şəhidlərin sayı 9 min 227-yə yüksəlib

Qəzzanın Səhiyyə Nazirliyi sionist İsrailin hücumlarında həyatını itirənlərlə bağlı açıqlama verib.

Az.shafaqna.com xəbər verir ki, oktyabrın 7-dən bəri sionist İsrailin blokada altındakı Qəzza zolağına hücumları nəticəsində 3826-sı uşaq və 2405-i qadın olmaqla 9227 fələstinli şəhid olub.

HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları 7 oktyabr şənbə günü Qəzzadan Əqsa daşqını əməliyyatına başlayıb və işğalçılara ağır itkilər verib və çoxlu sayda işğalçı əsgəri əsir götürüb.

İşğal ordusu eyni tarixdə onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücuma keçdiyini də bildirib.

İşğalçı rejim qadın və uşaqların da olduğu qırğınlarını davam etdirir.

Xəbəri paylaş

VİDEOLAR