Qatil İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həlak olan şəhidlərin sayı 51 min 240-a yüksəlib.
Az.rasthaber.com xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyi tərəfindən verilən yazılı açıqlamada sionist İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumatlar paylaşılıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzzada 39 nəfər ölüb, 62 yaralı xəstəxanalara çatdırılıb.
Qatil İsrail ordusunun yanvarın 19-da razılaşdığı atəşkəsi pozduqdan sonra 18 martdan bu yana Qəzzada həyata keçirdiyi hücumlarda 1864 fələstinlinin şəhid olduğu, 4890 nəfərin isə yaralandığı bildirilib.
2023-cü il oktyabrın 7-dən bu yana soyqırımçı İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 51 min 240-a, yaralı sayının isə 116 min 931-ə yüksəldiyi bildirilib.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.