Qəzzada şəhidlərin sayı 45 min 553-ə yüksəlib

Qəzzada şəhidlərin sayı 45 min 553-ə yüksəlib

Qatil İsrail ordusunun 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumları getdikcə davam edir.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail qüvvələrinin son 24 saatda həyata keçirdiyi 2 hücumda 12 fələstinlinin şəhid olduğu, 41 fələstinlinin isə yaralandığı bildirilib.

Qəzza zolağına hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana şəhidlərin ümumi sayının 45 min 553-ə, yaralıların sayının isə 108 min 379-a yüksəldiyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR