Qatil İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 41 min 118-ə yüksəlib.
Az.rasthaber.com xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyinin verdiyi açıqlamada sionist İsrailin 342 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlar barədə məlumat verilib.
Qatil İsrail ordusunun son 24 saatda Qəzza zolağının müxtəlif bölgələrində “3 qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 34 fələstinlinin şəhid olduğu, 96 fələstinlinin isə yaralandığı bildirilib.
Sionist İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 41 min 118 nəfərə, yaralıların sayının isə 95 min 125 nəfərə yüksəldiyi qeyd edilib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.