Qəzzada şəhidlərin sayı 31 min 726-ya yüksəlib

Qəzzada şəhidlərin sayı 31 min 726-ya yüksəlib

Sionist İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına yardımların gəlməsinə mane olaraq qıtlığa səbəb olan hücumlarında son 24 saatda 81 nəfər artaraq 31 min 726 nəfərə çatıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada sionist İsrailin 164 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlar barədə məlumat verilib.

İşğalçı İsrail qüvvələrinin Qəzza zolağına son 24 saatda təşkil etdiyi hücumlarda daha 81 fələstinlinin şəhid olduğu, 116 fələstinlinin isə yaralandığı bildirilib.

Bildirilib ki, sionist İsrailin oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 31 min 726, yaralıların sayı isə 73 min 792-yə çatıb.

Səhiyyə Nazirliyi dağıntılar altında və yol kənarında ölənlərin olduğunu da qeyd edib, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə nümayəndələri cəsədlərə çata bilməyib.

Xəbəri paylaş

VİDEOLAR