Qəzzada şəhidlərin sayı 31 min 490-a çatıb

Qəzzada şəhidlərin sayı 31 min 490-a çatıb

İşğalçı İsrail qüvvələrinin xalqı ac-susuz qoyaraq humanitar fəlakət törətdiyi, yardımların onlara çatmasına mane olduğu Qəzza zolağına 7 oktyabr 2023-cü il tarixindən bu yana həyata keçirilən hücumlarda şəhidlərin sayı son 24 saatda 149 nəfər artaraq, 31 min 490-a çatdı.

Az.rasthaber.com xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada qatil İsrailin 161 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada işğalçı İsrail qüvvələrinin son 24 saatda Qəzza zolağında daha 149 fələstinlini şəhid etdiyi, Qəzzada şəhid sayının isə 31 min 490-a yüksəldiyi bildirilib.

Bəyanatda sionist İsrail qüvvələrinin son hücumlarda daha 300 fələstinlini yaraladığı və Qəzza zolağında yaralananların ümumi sayının 73 min 439 nəfərə çatdığı bildirilib.

Səhiyyə Nazirliyi dağıntılar altında və yol kənarında cəsədlərin olduğunu, lakin qatil İsrail qüvvələrinin maneə törətməsi səbəbindən tibb qrupları və mülki müdafiə əməkdaşlarının cəsədlərə çata bilməyəcəyini qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR