Qəzzada qətlə yetirilən dinc sakinlərin sayı 9500-ə yüksəlib

Qəzzada qətlə yetirilən dinc sakinlərin sayı 9500-ə yüksəlib

İsrail 29 gündür ki, Qəzza sektorunu şiddətli şəkildə bombalayır.

Az.rasthaber.com türk mediasına istinadən xəbər verir ki, Qəzza sektoru hökumətinin mətbuat katibi Səlamə Məruf İsrail hücumlarının səbəb olduğu ölümlər və dağıntılar barədə məlumat verib.

O deyib ki, 7 oktyabrdan bəri 3900-ü uşaq və 2509-u qadın olmaqla İsrailin qətlə yetirdiyi dinc sakinlərin say 9500 nəfərə çatıb. Vurğulanıb ki, qurbanların 70 faizini uşaqlar, qadınlar və qocalar təşkil edir.

Dağıntılar altında 2200-dək insan qalır, onları da 1250 nəfəri uşaqlardır.

Azı 24 min qəzzalı yaralanıb.

İsrail qüvvələri tərəfindən 55 məscid, 3 universitet, 3 kilsə tamamilə dağıdılıb.

Bundan başqa, bombardmanlar nəticəsində 40 min ev tamamilə dağılıb, 220 min ev və 88 hökumət binası zərər görür görüb və ya yararsız hala düşüb.

İsrail 220 məktəbə zərbə endirib ki, onların da 60-ı tam şəkildə istifadəyə yararsız haldadır.

Xəbəri paylaş

VİDEOLAR