Qəzzada ölən jurnalistlərin sayı 84 olub

Qəzzada ölən jurnalistlərin sayı 84 olub

İsrail-Qəzza münaqişəsində daha iki jurnalist ölüb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Qəzza hökuməti məlumat yayıb.

İşğalçı İsrail döyüş təyyarələrinin Ed-Derc bölgəsinə hücumu zamanı qadın jurnalist Ula Atallah şəhid olub. O Anadolu agentliyinin keçmiş müxbiri olub. Yerli mənbələrdən alınan məlumata görə, Atallahın eyni evdə olan bəzi ailə üzvləri də həyatını itirib.

Fələstin Jurnalistlər Birliyindən verilən açıqlamada işğalçı İsrailin Xan Yunus şəhərinə endirdiyi hava hücumunda jurnalist Dua əl-Cebburun əri və uşaqları ilə birlikdə həlak olduğu bildirilib.

Cebburun yerli "Media Eye Network"də işlədiyi bildirilib.

Qeyd edək ki, 7 oktyabrdan bəri ölən media mənsublarının sayı 9-u qadın olmaqla 84-ə yüksəlib.

Xəbəri paylaş

VİDEOLAR