Qəzzada öldürülən fələstinlilərin sayı 32 mini ötüb

Qəzzada öldürülən fələstinlilərin sayı 32 mini ötüb

İşğalçı İsrail qüvvələrinin xalqı ac-susuz qoyaraq humanitar fəlakətə səbəb olduğu, yardımların onlara çatmasına mane olduğu Qəzza zolağına hücumlarda şəhid olan fələstinlilərin sayı 7 oktyabr 2023-cü ildən bu yana 32 mini keçib.

Az.rasthaber.com xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin verdiyi açıqlamada sionist İsrail qüvvələrinin son 24 saatda Qəzza zolağına qarşı hücumları nəticəsində daha 82 fələstinlinin şəhid olduğu, 110 fələstinlinin isə yaralandığı bildirilib.

Qatil İsrailin 7 oktyabrdan etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhid sayının 32 min 70, yaralı sayının isə 74 min 298-ə çatdığı öyrənilib.

Səhiyyə Nazirliyinin sözçüsü Eşref Kudra dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğunu, lakin işğalçı İsrail qüvvələrinin qarşısını kəsdiyi üçün tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR