"Qəzzada olanlar şahmat taxtasındakı fiqurlar deyil, insanlardır!"

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi sionist İsrailin Qəzza xalqını daim köçkün etdiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, UNRWA-nın Qəzza direktoru Tomas Uayt agentliyin sosial media hesabındakı paylaşımında bunları qeyd edib: “İsrail Qəzza xalqından daim hava hücumlarına məruz qalan yerlərə getməyi xahiş edir.

Qəzzada olanlar şahmat taxtasındakı fiqurlar deyil, insanlardır. Bir çoxları artıq bir neçə dəfə köçürülüb. İnsanların gedəcək yeri, təhlükəsiz yeri yoxdur.

Digər tərəfdən UNRWA-nın sözçüsü Tamara əl-Rifai mətbuat konfransında bildirib ki, Qəzza zolağında siyasi danışıqlar şərtləri qoyulmadan təcili və humanitar atəşkəs və yardım axını mövcuddur.

“Siyasətin Qəzzada 2,2 milyon insanın sağ qalmasına əngəl törətməsi çox kədərlidir”, - Rifai bildirib.

Xəbəri paylaş

VİDEOLAR